İtaliya yığmasının baş məşqçisi Luçano Spalletti AÇ-2024-ün seçmə mərhələsində Şimali Makedoniya komandası üzərində qələbəni şərh edib.
Arena.az “Football Italia” dərgisinə istinadən Spallettinin bu barədə fikirlərini təqdim edir:
“Birinci hissəni əla keçirdik. Belə oyun nümayiş etdirərək, qaçılmaz qollar vuracağıq. Fasiləyə qədər rəqibin əks-hücumları bizi narahat etməsə də, ikinci hissədə bəzən belə problemlər yaranırdı.
Rəqiblər futbolçularımızdan hündür olduğundan, ilk künc zərbəsindən sonra qol buraxdığımız üçün qapımız ağzında standart vəziyyətlərdən yayınmaq vacib idi.
Buraxılmış ikinci qolu təsadüfi adlandırmaq olar. Bundan sonra komandamız xasiyyətini nümayiş etdirdi, hücuma davam etdi və daha iki dəfə qol vurdu”, deyə Spalletti fəxrlə bildirib.
Xatırladaq ki, noyabrın 17-də 2024-cü il Avropa çempionatının seçmə turnirinin “C” qrupunun 9-cu turunun oyunu çərçivəsində, İtaliya yığması Şimali Makedoniya kollektivini Romanın “Olimpiko” stadionunda 5:2 hesabı ilə məğub edib.
Qələbə sayəsində “skuadra adzurra” turnir cədvəlində 13 xalla 2-ci pillədə qərarlaşıb. İtaliya yığmasını noyabrın 20-də sonuncu, 8-ci tur çərçivəsində “BayArena”da Ukrayna yığmasına qarşı həlledici oyun gözləyir. Ukraynalıların da 13 xalı var və komanda Avropa çempionatına vəsiqəyə iddialıdır. İtalyanları ilk baxışdan heç-heçə qane etsə də, ukraynalılar sona qədər döyüşməyə qərarlıdırlar. “C” qrupunun lideri isə 7 oyundan 19 xal toplamış İngiltərə yığmasıdır.


