İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt 2024-cü il Avropa çempionatına vəsiqə qazandıqdan sonra komandanın köklənməsindən danışıb.
Arena.az “The Guardian” nəşrinə istinadən ingilis mütəxəssisin bu barədə fikrirləni diqqətinizə çatdırır:
“Biz Maltaya qarşı oynadığımızdan daha yaxşı oynamalıyıq. Təsnifat tamamlandı. Bu həftə sonu keçiriləcək oyunları hesaba alsaq, biz dünyada üçüncü ola bilərik, amma biz olmamız lazım olan yerdən iki pillə geridəyik, ona görə də boşuna oynaya bilmərik. Əgər biz yüksək səviyyəli komanda olmaq istəyiriksə, oyun səviyyəsi hər dəfə ən yaxşı səviyyədə olmalıdır.
FIFA reytinqində 1 nömrə olmağım məni ruhlandırırmı? Bəli, çünki nəhayətdə siz buna ardıcıllıqla nail olursunuz. Bundan əlavə, bu, həm də məşq meydançasında və həm də ondan kənarda gündəlik davranışı formalaşdırır. Əgər siz yüksək səviyyəli komanda olmaq istəyirsinizsə, diqqətsizliyə və qeyri-ciddiliyə yer yoxdur. Bu, bizim arzumuz olmalıdır. Aydındır ki, Malta ilə oyun tərzimiz bizim təcəssüm etdirmək istədiyimiz sima deyil”, Qaret Sautqeyt bildirib.
“C” qrupunda keçirdiyi 7 oyundan sonra İngiltərə yığması 19 xal toplayıb və qrupu lider olaraq tamamlayıb. Beləliklə ingilislər Avropa çempinatının final mərhələsinə vəsiqəni təmin ediblər.
Qrupda sonuncu, 8-ci tur çərçivəsində İngiltərə yığması noyabrın 20-də səfərdə Şimali Makedoniya yığması ilə qarşılaşacaq.
Hazırda İngiltərə yığması FIFA reytinqində 4-cü pillədə qərarlaşıb (1807 xal). Dumanlı Albion təmsilçilərini Braziliya (1812 xal), Fransa (1853 xal) və Argentina (1861) yığmaları qabaqlayırlar.


