Xavyer Tebas İtaliya A Seriyası haqda danışdı

İspaniya La Liqasının prezidenti Xavyer Tebas İtaliya A Seriyasından danışıb və italyan liqasını İngiltərə Premyer Liqası ilə müqayisə edib.

Arena.az “Marca” nəşrinə istinadən Tebasın bu barədə fikirlərini təqdim edir:

“İtaliyada böyük maliyyə feyr-pleyi problemi var. Böyük bir yarışmada mübarizə aparmaq üçün iqtisadi cəhətdən sabit olmaq lazımdır – amma öz klublarına pul xərcləməkdə davam edən prezidentlər var. İnkişafa, infrastruktura – məsələn, stadionlara sərmayə qoyuluşu üçün konkret plan yoxdur. Amma bu xüsusda hansıda liqa Premyer Liqaya yaxınlaşa bilərsə, bu, A Seriyasıdır. Adambaşına düşən gəlir, həmçinin televiziya və idman səviyyəsi çox yüksəkdir”, deyə Xavyer Tebas vurğulayıb.

Hazırda 12 turdan sonra “İnter” 31 xalla İtaliya A Seriyasının turnir cədvəlində liderdir. “Yuventus” 29 xalla 2-ci, “Milan” 23 xalla 3-cü pillədə yer alıb.

Xatırladaq ki, geridə qalmış 2022/2023 mövsümündə “Yuventus” lisenziyalaşdırma və maliyyə feyr-pley qaydalarını pozmaqda ittiham edilirdi. Oyunçuların transfer dəyərini şişirtmək, işçilərin xərclərini aşağı göstərmək və oyunçu qazanclarının həqiqi məbləğini gizlətmək və s. bu qəbildən olan maliyyə fırıldaqlarına görə mühakimə edilmiş “qoca sinyora” turnir cədvəlində 15 xalından məhrum edilmiş və avrokuboklarda iştirak imkanını itirmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: