Premyer Liqanın 13 klubu transfer qadağasının lehinə səs verdi

Bir sıra İngiltərə Premyer Liqası klubu ümumi sahibləri olan klublar arasında transferlərə müvəqqəti qadağanın əleyhinə səs verib.

Arena.az bu barədə “Sky Sports” dərgisinə istinadən məlumat verir.

Liqanın 13 klubu İngiltərənin aparıcı klublarının əlaqəli tərəflərlə kredit müqavilələri bağlamasının qarşısını almaq üçün səs verib. 7 klub isə mövcud qaydaları saxlamaq üçün səs verib.

Təklifin qəbul edilməsi üçün ən azı 14 səs tələb edilirdi. Beləliklə, eyni sahibləri olan klublar yanvar ayında heç bir maneə olmadan əməliyyatları əvvəlki kimi həyata keçirə biləcəklər.

12 turdan sonra İngiltərə Premyer Liqasının turnir cədvəlinə “Mançester Siti” başçılıq edir. Xosep Qvardiolanın “şəhərlilər”i 28 xal toplayıblar. “Liverpul” və “Arsenal” 27 xalla müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşürlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: