Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının üzvü Əli Şükürlü gənclər arasında dünya birinciliyində iştirak edib.
Arena.az xəbər verir ki, noyabrın 15-dən etibarən Meksikanın Qvadalaxara şəhərində gənclər arasında ağırlıqqaldırma üzrə dünya birinciliyi keçirilir.
70-ə yaxın ölkədən 310 (171 kişi + 139 qadın) atletin iştirak etdiyi turnirə Azərbaycan yığma komandasının bir üzvü qatılıb. Ölkəmizi 109 kq çəki dərəcəsində Əli Şükürlü təmsil edib. Atletimiz toplam 360 kq (164+196) kq nəticə göstərərək 5-ci yeri tutub.


