UEFA ÇL-dəki biabırçılığa görə PSJ və “Milan”ı cəzalandırdı

UEFA İntizam Komitəsi Çempionlar Liqasının qrup mərhələsinin oyunu zamanı azarkeşlərinin davranışına görə PSJ və “Milan”ı cəzalandırıb.

Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, PSJ azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsinə, stadionda keçidləri kəsməsinə və meydana qaçıb çıxmasına görə, Paris klubu 98 min avro məbləğində cərimələnib. Üstəlik, parislilərin stadionu 2 illik sınaq müddəti ilə şərti olaraq 1 oyuna qismən bağlanacaq.

“Milan” da öz növbəsində azarkeşlərinin davranışına və pirotexniki vasitələrdən istifadəyə görə 23 min avro məbləğində cərimələnib.

Xatırladaq ki, 3-cü tur çərçivəsində baş tutan bu oyun PSJ-nin 3:0 hesablı qələbəsi ilə başa çatmışdı. 4-cü turda isə evdə “Milan” 2:1 hesablı qələbə qazana bilmişdi.

Hazırda 4 turdan sonra PSJ “F” qrupunun turnir cədvəlində 6 xalla 2-ci, “Milan” isə 5 xalla 3-cü pillədə qərarlaşıb. Dortmund “Borussiya”sı 7 xalla qrupun lideri, “Nyukasl” isə 4 xalla autsayderidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: