Premyer Liqa: “Sabah” “Qarabağ”a evdə uduzdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 14-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Milli komandaların matçları ilə əlaqədar yaranan fasilədən sonra baş tutan turun açılış matçında son çempion “Qarabağ” ötən mövsümün gümüş mükafatçısı olmuş “Sabah”la qarşılaşıb.

Sözügedən komandalar Masazırda, “Sabah”ın meydanında üz-üzə gəliblər. Üç qolun qeydə alındığı qarşılaşma qonaqların qələbəsiylə yekunlaşıb. Ağdam təmsilçisi bu qələbə sayəsində müvəqqəti də olsa, vahid liderliyi ələ keçirib.

14-cü turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Premyer Liqa
14-cü tur
24 noyabr

“Sabah” – “Qarabağ” 1:2
Qollar: Jesse Sekidika, 63 – Toral Bayramov, 58-pen. Nəriman Axundzadə, 60.
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Rauf Allahverdiyev
“Masazır Arena”, 20:00.

Sabah: 55. Nicat Mehbalıyev, 77. Namiq Ələsgərov, 10. Aleksey İsayev (k), 2. Amin Seydiyev, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 7. Boyan Letiç, 44. Sofian Çakla, 18. Davit Volkov, 70. Jesse Sekidika, 19. Emmanuel Apeh.
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 75. Emil Həbibov, 4. Elvin Camalov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 14. İshak Belfodil, 28. Kahim Parris, 12. Vensan Till.
Baş məşqçi: Murad Musayev.

Qarabağ: 99. Andrey Lunyov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 29. Marko Veşoviç, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: