Premyer Liqa: “Neftçi” “Araz-Naxçıvan”a, “Sumqayıt” “Zirə”yə qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 14-cü turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Günün ilk matçında “Neftçi” “Araz-Naxçıvan”la münasibətlərinə aydınlıq gətirəcək. “Ağ-qaralar” bu oyunda qalib gəlməklə ən azı turnir cədvəlində Naxçıvan təmsilçisini qabaqlamış olacaq. Son turda məğlub olmuş hər iki komandaya qələbə çox lazımdır.

“Neftçi” ilə “Araz-Naxçıvan” bu günə qədər 5 oyunda üz-üzə gəliblər. Paytaxt klubunun hesabında 3, Naxçıvan təmsilçisinin isə 1 qələbəsi var. Daha bir oyun heç-heçə bitib. Bu komandaların oyunlarında adətən ilk qolu vuran komanda qalib gəlir. “Araz-Naxçıvan” son iki görüşdə qol buraxmayıb.

Günün və turun son matçı “Sumqayıt”la “Zirə” arasında baş tutacaq. Rəşad Sadıqovun komandası zirvədəki mövqeyini qorumaq üçün səfərdən mütləq 3 xalla qayıtmağa çalışacaq. Amma “Sumqayıt” da rəqibi kimi son iki turda qələbə qazanıb və uğurlu seriyasını davam etdirməyə çalışacaq.

“Sumqayıt”la “Zirə” bu günə qədər 32 oyunda qarşılaşıblar. Sumqayıtlılar əvvəlki oyunlarda 6, zirəlilər 18 qələbəyə seviniblər, 8 matç da bərabərliklə bitib. “Sumqayıt” 12 oyundur bu rəqibinə qalib gəlmir. “Zirə” son 4 matçda qələbə qazanıb.

Premyer Liqa
14-cü tur
24 noyabr

“Sabah” – “Qarabağ” 1:2
Qollar: Jesse Sekidika, 64 – Toral Bayramov, 58-pen. Nəriman Axundzadə, 61.
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Rauf Allahverdiyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Masazır Arena”, 20:00.

25 noyabr

“Səbail” – “Kəpəz” 0:0
Hakimlər: Kamal Umudlu, Eyyub İbrahimov, Teymur Teymurov, Rəşad Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Bayıl Arena”, 14:00

“Qəbələ” – “Turan Tovuz” 4:0
Qollar: Bilel Auaşeriya, 42; 49; 85. Samuel Tetteh, 53.
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Şirmamed Mamedov, Kamran Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Qəbələ şəhər stadionu, 16:00.

26 noyabr

“Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Tural Qurbanov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. “Neftçi Arena”, 15:30.

“Sumqayıt” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Sumqayıt Arena”, 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: