Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 13-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
“Tottenhem” doğma meydanda “Aston Villa” ilə qarşılaşıb. Oyunda hesabı meydan sahibləri açıblar. Amma qalan vaxtda iki qol vuran qonaqlar əzmkar qələbəyə seviniblər. Bu, mövsümə çox yaxşı başlamış “mahmızlar”ın ardıcıl üçüncü məğlubiyyətidir.
Səfərdə “Everton”la qarşılaşan “Mançester Yunayted” də 3 xalı 3 cavabsız qolla qazanıb. “Qırmızı şeytanlar” ardıcıl 3 oyundur qələbə qazanırlar.
13-cü tura sabah keçiriləcək bir oyunla yekun vurulacaq. “Fulhem” doğma meydanda “Vulverhempton”la münasibətlərinə aydınlıq gətirəcək.
İngiltərə, Premyer Liqa
13-cü tur
25 noyabr
Mançester Siti – Liverpul 1:1
Qollar: Haland, 27 – Aleksandr-Arnold, 80.
Börnli – Vest Hem 1:2
Qollar: Rodriqes, 49-pen – O`Şi, 86-öz qapısına. Souçek, 90+1.
Luton Taun – Kristal Pelas 2:1
Qollar: Menqi, 72. Braun, 83 – Olise, 73.
Nyukasl – Çelsi 4:1
Qollar: İsak, 13. Laskelles, 60. Joelinton, 61. Qordon, 83 – Sterlinq, 23.
Nottingem Forest – Brayton 2:3
Qollar: Elanqa, 3. Gibbs-Uayt, 76 – E.Ferquson, 26. J.Pedro, 45+4; 58-pen.
Şeffild Yunayted – Bornmut 1:3
Qollar: Makbörni, 90+7 – Tavernye, 12; 51. Kluyvert, 45+3.
Brentford – Arsenal 0:1
Qollar: Haverts, 89.
26 noyabr
Tottenhem – Aston Villa 1:2
Qollar: Lo Çelso, 22 – P.Torres, 45+7. Uotkins, 61.
Everton – Mançester Yunayted 0:3
Qollar: Qarnaço, 3. Raşford, 56-pen. Marsyal, 75.
27 noyabr
00:00. Fulhem – Vulverhempton


