Almaniya 3-cü Liqasında çıxış edən “Yan Regensburq” klubunun 25 yaşlı sağ vingeri Aqyemanq Diavuzi dünən qəfildən dünyasını dəyişib.
Arena.az bu barədə “Yan Regensburq”un rəsmi saytına istinadən məlumat verir.
Klub gənc futbolçusunun ölümündən təsirləndiyini və bu itkiyə təəssüfləndiyini bildirib.
Diavuzi “Yan Regensburq”a 2023-cü ilin iyulunda “Bayroyt”dan azad agent qismində keçib və məhsuldar fəaliyyəti ilə fərqlənmədiyi 16 oyunda meydana çıxıb.
Diavuzinin yeniyetməlik karyerası “Fortuna Regensburq”, “Yan Regensburq”, “Nürnberq” və “Leypsiq”də keçib. Ardınca Diavuzi böyük futbolda debüt edib və 2015-2018-ci illərdə “Leypsiq”in düşərgəsində olub, amma əsas komandada debüt imkanı qazana bilməyib. Futbolçu “Leypsiqd”dən ayrılıb və “Veen”, “İnqolştadt”, “Dinomo” (Drezden), “Rid”, “Bayroyt” klublarında çıxış edib.
Aqyemanq Diavuzi Almaniyanını U-15, U-19 yığmalarında oynayıb.
Vurğulayaq ki, Diavuzi qanaəsillidir. Futbolçunun ölüm səbəbi açıqlanmayıb.


