“Everton” Futbol Klubu İngiltərə Premyer Liqasının Komissiyasının qərarından bu gün apellyasiya şikayəti verib.
Arena.az bu barədə Liverpul təmsilçisinin mətbuat xidmətinə istinadən məlumat verir.
Söhbət sözügedən komandanın Premyer Liqa tərəfindən milli çempionatda 10 xalından məhrum edilməsi haqda müvafiq qərarından gedir.
İndi işə baxmaq üçün apellyasiya şurası təyin ediləcək.
Xatırladaq ki, İngiltərə Premyer Liqası maliyyə feyr-pley qaydalarını pozduğuna görə “Everton”u milli çempionatın turnir cədvəlində 10 xaldan məhrum etmişdi. Bu səbəbdən, “irislər” hazırda Premyer Liqanın turnir cədvəlində 19-cu yerdə, enmə bölgəsində qərarlaşıblar. 13 turun nəticəsinə görə indi bu komandanın cəmi 4 xalı var.


