Premyer Liqa: “Arsenal” qalib gəldi, MY uduzdu – Video

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 14-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.

“Arsenal” doğma meydanda “Vulverhempton” üzərində qələbə qazanmaqla zirvədə qalıb.

“Brentford” “Luton Taun”u, “Börnli” “Şeffild Yunayted”i məğlub yola salıb. “Nottingem Forest” isə evdə “Everton”la üz-üzə gəlib və məğlub olub.

Günün son matçı “Nyukasl” ilə “Mançester Yunayted” arasında keçirilib. “Qırmızı şeytanlar” səfərdən xalsız qayıdıblar.

Tura sabah keçiriləcək beş oyunla yekun vurulacaq.

İngiltərə, Premyer Liqa
14-cü tur
2 dekabr

Arsenal – Vulverhempton 2:1
Qollar: Saka, 6. Edeqor, 13 – Kunya, 86.

Brentford – Luton Taun – 3:1
Qollar: Maupay, 49. Mi, 56. Baptista, 81 – Braun, 76.

Börnli – Şeffild Yunayted 5:0
Qollar: Rodriqes, 1. Larsen, 29. Amduni, 73. Koleoşo, 75. Braunhill, 80.

Nottingem Forest – Everton 0:1
Qol: Maknil, 67.

Nyukasl – Mançester Yunayted 1:0
Qol: Qordon, 56.

3 dekabr

18:00. Bornmut – Aston Villa
18:00. Çelsi – Brayton
18:00. Liverpul – Fulhem
18:00. Vest Hem – Kristal Pelas
20:30. Mançester Siti – Tottenhem

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: