Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 15-ci turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Günün ilk matçı Tovuzda keçiriləcək. Burada “Kəpəz” və “Sabah” komandaları üz-üzə gələcəklər. Gəncə təmsilçisi hazırda 10 xalla sonuncu, “Sabah” isə 16 xalla 8-ci sırada qərarlaşıb. Bu komandalar indiyə qədər 5 oyunda üz-üzə gəliblər. 2 oyun heç-heçə bitibsə, 3 oyunda “Sabah” qələbə qazanıb. Bir sözlə, “Kəpəz” indiyə qədər bu rəqibinə qalib gələ bilməyib. “Sabah” hər oyunda 2 və ya daha çox qol vurub. İndi Gəncə təmsilçisi uğursuz gedişata son qoymağa və eyni zamanda sonuncu pillədən qurtulmağa çalışacaq.
Daha sonra “Neftçi” doğma meydanda “Zirə”ni sınağa çəkəcək. Zirəlilər hazırda 28 xalla ikinci, “Neftçi” isə 19 xalla 6-cı pillədə qərarlaşıb. Bu komandalar indiyə qədər 31 oyunda üz-üzə gəliblər. Bu görüşlərdə “ağ-qalar” 10, “qartallar” 12 qələbə qazanıblar, 9 qarşılaşma bərabərliklə bitib. “Neftçi” 5 matçdır qol vurur və uduzmur. “Zirə” son 10 səfərdə qələbə qazanmayıb.
Premyer Liqa
15-ci tur
2 dekabr
“Araz-Naxçıvan” – “Səbail” 1:1
Qollar: Məhəmməd Kadiri, 18 – Numan Kurdiç, 90+3-öz qapısına.
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Rəhman İmami, Kamran Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Bakı. “Dalğa Arena”, 16:00.
“Turan Tovuz” – “Sumqayıt” 2:2
Qollar: Luis Paçu, 49. Otto Con, 53 – Elvin Bədəlov, 6. Roi Kehat, 36.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Emin Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Tovuz şəhər stadionu, 18:30.
3 dekabr
“Kəpəz” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Əli Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Tovuz şəhər stadionu, 15:00.
“Neftçi” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rahil Ramazanov, Cavid Cəlilov.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “Neftçi Arena”, 17:00.
4 dekabr
“Qarabağ” – “Qəbələ”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Zöhrab Abbasov, Rəşad Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30.


