Premyer Liqada mövsümün ən erkən qolu qolu vuruldu

İngiltərə Premyer Liqasının 14-cü turunun “Börnli” – Şeffild Yunayted” oyununda (5:0) mövsümün ən erkən qolu vurulub.

Arena.az məlumat verir ki, “Börnli”nin hücumçusu Cey Rodriqes komanda yoldaşı Çarli Teylorun ötürməsindən sonra 15-ci saniyədə topu “tiyələr”in qapısından keçirib.

Bununla da Premyer Liqanın cari mövsümünün ən erkən qol rekordu müəyyənləşib.

Ümumiyyətlə, İngiltərə çempionatı tarixində ən erkən qol 2019-cu ildə “Uotford”la 31-ci tur oyununun (1:1) 7-ci saniyəsində “Sauthempton”un hazırda sabiq futbolçusu Şeyn Lonq tərəfindən vurulub.

14 turdan sonra “Börnli” Premyer Liqanın turnir cədvəlində 7 xalla 18-ci, “Şeffild Yunayted” isə 5 xalla 19-cu pillədə yer alıb. “Arsenal” isə 33 xalla yarış cədvəlinin lideridir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: