“Neftçi” – “Zirə” 1:0 – Video

Azərbaycan Premyer Liqasının 15-ci turunun “Neftçi” – “Zirə” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Bakıda baş tutan bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
15-ci tur
3 dekabr

“Neftçi” – “Zirə” 1:0
Qol: Rəhman Hacıyev, 60.
Sarı vərəqələr: Andre Şinyaşiki, 45 (qeyri-idman hərəkəti) – Ruan Renato, 40 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 6 dəqiqə.
Saat 17:00. “Neftçi Arena”, 1000 tamaşaçı.

Baş hakim: İnqilab Məmmədov.
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Rahil Ramazanov.
Dördüncü hakim: Cavid Cəlilov.
VAR: Fərid Hacıyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Eldəniz Musayev.

Neftçi: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k) (6. Dieqo Valdes, 71), 14. Eddi İsrafilov (2. Qara Qarayev, 71), 19. Azər Salahlı, 7. Azər Əliyev, 16. Lukas Melano (25. Aaron Olanare, 90+2), 22. Reziuan Mirzov (17. Rəhman Hacıyev, 46), 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki (10. Filip Ozobiç, 46), 11. Kilan Lebon.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Eldar Babayev, 3. Höccət Haqverdi, 21. İsmayıl Zülfüqarlı, 4. Mark Tamaş, 5. Kenni Sayef, 23. Ataa Caber.
Baş məşqçi: Adrian Mutu.

Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli (23. Andriya Lukoviç, 80), 11. Rüstəm Əhmədzadə, 9. Vladislav Kulaç (10. Rəhim Sadıxov, 63), 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 70. İssa Cibrilla (19. Salifu Suma, 63), 15. Pyer Zebli, 28. Abbas İbrahim (6. Eldar Quliyev, 63).
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 5. Stefan Akka.
Baş məşqçi: Rəşad Sadıqov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: