İki qadın Premyer Liqa oyunçusunu zorlamada ittiham etdi

Keçən il üç qadını zorlamaqda ittiham edilmiş, İngiltərə Premyer Liqasının adı açıqlanmayan futbolçusu daha iki qadına təcavüzdə şübhəlidir.

Arena.az bu barədə “The Telegraph” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, adları açıqlanmayan iki qadın da futbolçunun onları zorladığını iddia edir. Onlar iddia edirlər ki, adı açıqlanmayan futbolçu polisin ona qarşı digər zərərçəkmişlərin ifadələrindən sonra başlatdığı istintaqdan sonra onlara qarşı zorakılıq hərəkətləri edib. Qızlar israr edirlər ki, qurbanların hüquq-mühafizə orqanlarına ilk zənglərindən dərhal sonra oyunçu nəzarətə götürülsəydi, belə bir vəziyyətin qarşısını almaq olardı.

Vurğulanır ki, adı açıqlanmayan futbolçu 2022-ci ilin iyulunda həbs edildikdən sonra hazırda zamindədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: