Premyer Liqa: “Arsenal” 90+7-ci dəqiqədə vurduğu qolla sevindi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 15-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Vulverhempton” doğma meydanda “Börnli”ni minimal hesabla məğlub edib.

Yeddi qolun qeydə alındığı “Luton Taun” – “Arsenal” matçında isə London təmsilçisi qələbəni əlavə vaxtda vurduğu qolla təmin edib.

Turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.

İngiltərə, Premyer Liqa
15-ci tur
5 dekabr

Vulverhempton – Börnli 1:0
Qol: Hvanq, 42.

Luton Taun – Arsenal 3:4
Qollar: Oşo, 25. Adebayo, 49. Barkli, 57 – Martinelli, 20. Q.Jezus, 45. Haverts, 60. Rays, 90+7.

6 dekabr

23:30. Brayton – Brentford
23:30. Kristal Pelas – Bornmut
23:30. Fulhem – Nottingem Forest
23:30. Şeffild Yunayted – Liverpul
00:15. Aston Villa – Mançester Siti
00:15. Mançester Yunayted – Çelsi

7 dekabr

23:30. Everton – Nyukasl
00:15. Tottenhem – Vest Hem

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: