Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 16-cı turunun oyunlarına start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Üç günü əhatə edəcək 16-cı turun açılış matçı Sumqayıtda keçiriləcək. Burada şəhərin eyniadlı komandası son ölkə çempionu “Qarabağ”la üz-üzə gələcək.
Ağdam klubu bu mövsüm də uğurlu çıxışı ilə diqqət çəkir. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 32 xalla zirvədə qərarlaşıb. Son dövrlərdə inamlı çıxışı ilə seçilən “Sumqayıt” da 23 xalla üçüncü sıradadır.
“Sumqayıt”la “Qarabağ” indiyə qədər 44 oyunda üz-üzə gəliblər. Bu oyunlarda 5 heç-heçə qeydə alınıbsa, sumqayıtlılar 6, ağdamlılar 33 qələbə qazanıblar. Top fərqində də böyük uçurum var – 21:108. “Qarabağ” bu rəqiblə son 10 oyunda meydanı qolsuz tərk etmir. “Sumqayıt” isə əksinə, evdəki son 4 matçda quru hesabla uduzub.
Premyer Liqa
16-cı tur
8 dekabr
“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Teymur Teymurov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
VAR: Rauf Cabarov.
AVAR: Cavid Cəlilov.
“Sumqayıt Arena”, 19:30.
9 dekabr
“Qəbələ” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Qəbələ şəhər stadionu, 15:00.
“Zirə” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Əli Əliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Zirə İdman Kompleksinin stadionu, 17:00.
10 dekabr
“Sabah” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Vüsal Məmmədov, Şirmamed Mamedov, Emin Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Masazır Arena”, 15:00.
“Neftçi” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Neftçi Arena”, 18:00.


