Valensiya prokurorluğu “Real”ın braziliyalı sol vingeri Vinisius Juniora qarşı təhqiredici irqçi ifadələrə görə işi bağlamaq niyyətindədir.
Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumar verir.
Prokurorluq cari ilin may ayında “Mestalya”da La Liqa çərçivəsində “Valensiya” – “Real” oyununda (1:0) “yarasalar”ın azarkeşləri tərəfindən madridlərin futbolçusu Vinisiusa qarşı irqçiliklə bağlı açılmış iş üzrə istintaqı yekunlaşdırmağı İstintaq Məhkəməsindən xahiş edib.
Bildirilir ki, Valensiya prokurorluğu Vinisiusu təhqir etmiş şəxslərin stadionun müşahidə videokameraları tərəfindən qeydə alınmasına rəğmən, onların kimliyini dəqiq müəyyən etmək mümkün olmadığı üçün işin bağlanmasını istəyib.
Nəzərinizə çatdırırıq ki, bu işdə 3 nəfər şübhəli bilinir. Klub onlara qarşı artıq “Valensiya”nın ev stadionuna buyurmağa qadağa qoyub.


