Azərbaycan Premyer Liqasının 16-cı turunun “Sumqayıt” – “Qarabağ” matçı meydan sahiblərinin 1:6 hesablı məğlubiyyəti ilə başa çatdı.
Arena.az Sumqayıtda baş tutan bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Premyer Liqası
16-cı tur
8 dekabr
“Sumqayıt” – “Qarabağ” 1:6
Qollar: Erik Sorqa, 43 – Leandro Andrade, 21; 73. Olavio Juninyo, 29. Abdullah Zubir, 34. Yassin Benzya, 58. Hamidu Keyta, 86.
Sarı vərəqə: Tresor Mossi, 85 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 2 dəqiqə.
Saat 19:30. “Sumqayıt Arena”, 1300 tamaşaçı
Baş hakim: Fərid Hacıyev
Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Teymur Teymurov
Dördüncü hakim: Kamranbəy Rəhimov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat (35. Sənan Muradlı, 86), 12. Abu Dosso, 10. Kamran Əliyev (21. Nihad Əhmədzadə, 76), 9. Erik Sorqa (30. Kamran Quliyev, 61), 71. Masaki Murata, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 20. Ayxan Süleymanlı, 41. Uğur Cahangirov, 58. Oktavio Manteka.
Məşqçi: Mübariz Orucov.
Qarabağ: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k) (5. Maksim Medvedev, 71), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 29. Marko Veşoviç (7. Yassin Benzya, 41), 10. Abdullah Zubir (2. Mateus Silva, 71), 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao (66. Patrik Andrade, 71), 15. Leandro Andrade (17. Hamidu Keyta, 79).
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 90. Nəriman Axundzadə, 11. Adama Diakabi, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.


