Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 16-cı turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma baş tutub.
“Brayton” – “Börnli” və “Vulverhempton” – “Nottingem Forest” matçlarında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Şeffild Yunayted” doğma meydanda “Brentford”u tək qolla məğlub edib. Ötən tur evdə son çempion “Mançester Siti”yə qalib gəlmiş və ev oyunlarında uğurlu seriyaya malik “Aston Villa” bu dəfə də lider “Arsenal”ı xalsız yola salıb.
Qeyri-sabit çıxışı ilə seçilən “Mançester Yunayted” doğma meydanda “Bornmut”a 3 cavabsız qolla uduzaraq yenə hər kəsi təəccübləndirib.
Üç qolun qeydə alındığı “Kristal Pelas” – “Liverpul” matçı isə qonaqların qələbəsiylə yekunlaşıb. Nəticədə “Arsenal”ın xal itkisindən maksimum yararlanan “qırmızılar” zirvəyə yüksəliblər. Hazırda bu komanda 37 xalla vahid liderdir.
16-cı turun qalan görüşləri sabah – dekabrın 10-da keçiriləcək.
İngiltərə, Premyer Liqa
16-cı tur
9 dekabr
Kristal Pelas – Liverpul 1:2
Qollar: Mateta, 57 – Salah, 76. Elliot, 90+1.
Brayton – Börnli 1:1
Qollar: Adinqra, 77 – Odobert, 45.
Mançester Yunayted – Bornmut 0:3
Qollar: Solanke, 5. Billinq, 68. Senesi, 73.
Şeffild Yunayted – Brentford 1:0
Qol: Makate, 45+1.
Vulverhempton – Nottingem Forest 1:1
Qollar: Kunya, 32 – Toffolo, 14.
Aston Villa – Arsenal 1:0
Qol: Makqinn, 7.
10 dekabr
18:00. Everton – Çelsi
18:00. Fulhem – Vest Hem
18:00. Luton Taun – Mançester Siti
20:30. Tottenhem – Nyukasl


