Premyer Liqa: “Çelsi” yenə uduzdu, MS və “Tottenhem” qalib gəldi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 16-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

Səfərdə “Everton”la qarşılaşan “Çelsi” bu dəfə də 2 cavabsız qolla uduzub.

Son turlar qələbəyə həsrət qalan “Mançester Siti” nəhayət ki, uğursuz gedişata son qoyub. Səfərdə debütant “Luton Taun”la qarşılaşan “şəhərlilər” məğlub duruma düşdükləri bu oyundan çətin və əzmkar qələbə ilə ayrılıblar.

“Fulhem” doğma meydanda “Vest Hem”ə, “Tottenhem” isə “Nyukasl”a böyük hesabla qalib gəlib.

Beləliklə, 16 turdan sonra 37 xala malik “Liverpul” vahid liderdir. “Arsenal” 36 xalla ikinci, “Aston Villa” isə 35 xalla üçüncü pillədə qərarlaşıb.

Son çempion “Mançester Siti” 33, “Tottenhem” 30, “Mançester Yunayted” 27, “Nyukasl” və “Brayton” 26, “Vest Hem” 24, “Fulhem” 21 xal toplayıb.

İngiltərə, Premyer Liqa
16-cı tur
9 dekabr

Kristal Pelas – Liverpul 1:2
Qollar: Mateta, 57 – Salah, 76. Elliot, 90+1.

Brayton – Börnli 1:1
Qollar: Adinqra, 77 – Odobert, 45.

Mançester Yunayted – Bornmut 0:3
Qollar: Solanke, 5. Billinq, 68. Senesi, 73.

Şeffild Yunayted – Brentford 1:0
Qol: Makate, 45+1.

Vulverhempton – Nottingem Forest 1:1
Qollar: Kunya, 32 – Toffolo, 14.

Aston Villa – Arsenal 1:0
Qol: Makqinn, 7.

10 dekabr

Everton – Çelsi 2:0
Qollar: Dukure, 54. Dobbin, 90+2.

Fulhem – Vest Hem 5:0
Qollar: R.Ximenes, 22. Villian, 31. Adarabioyo, 41. H.Uilson, 60. K.Vinisius, 89.

Luton Taun – Mançester Siti 1:2
Qollar: Adebayo, 45+2 – B.Silva, 62. Qriliş, 65.

Tottenhem – Nyukasl 4:1
Qollar: Udoqi, 26. Riçarlison, 38; 60. Son, 85-pen – Joelinton, 90+1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: