Kristiano Ronaldo “Əl-Nəsr”i Kral Kubokunun yarımfinalına daşıdı

Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 38 yaşlı futbolçunun komandası Səudiyyə Ərəbistanı Kral Kubokunun 1/4 final mərhələsində “Əl-Şəbab”la qarşılaşıb.

“Əl-Nəsr” səfər oyunundann 5:2 hesablı qələbə ilə ayrılıb. Ronaldo bu oyunda vurduğu qolla komandasının qələbəsinə töhfəsini verib.

Birinci hissənin əvvəlində, 15-ci dəqiqədə “Əl-Nəsr”in qapısına penalti təyin edilib. Yannik Karrasko penaltini qola çevirə bilməyib. 17-ci dəqiqədə Seko Fofana oyunda hesabı açaraq “Əl-Nəsr”i önə çıxarıb. 24-cü dəqiqədə Karlos Junior hesabı bərabərləşdirib. 28-ci dəqiqədə Sadio Mane “Əl-Nəsr”i yenidən hesabda önə keçirib. Birinci hissənin sonunda, 45+4-cü dəqiqədə Əbdülrəhman Qərib qonaqların üstünlüyünü iki topa çatdırıb.

İkinci hissədə, 74-cü dəqiqədə Ronaldo hesabı biabırçı həddə çatdırıb – 4:1. 90-cı dəqiqədə Hattan Bahebri fərqi azaltsa da, 90+5-ci dəqiqədə Məhəmməd Maran yenidən qonaqların üstünlüyünü üç topa çatdıraraq görüşün yekun hesabını – “Əl-Nəsr” 5:2 hesablı qələbə qazanıb.

“Əl-Nəsr” Səudiyyə Ərəbistanı Kral Kubokunun yarımfinalında “Əl-Xalic”lə qarşılaşacaq.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduzun ərəb klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 22 oyuna çıxıb, 20 qol vurub, 10 məhsuldar verib.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib.

Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 38 yaşlı veteran futbolçunu 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: