Premyer Liqanın 15 klubu bunun lehinə səs verdi

İngiltərə Premyer Liqasının klubları yeni müqavilələrin tarazlaşdırılmasını mütləq olaraq 5 ilə məhdudlaşdırmağa səs veriblər.

Arena.az bu barədə jurnalist Devid Ornşeynin məlumatına istinadən xəbər verir.

Xatırladaq ki, əvvəllər heç bir məhdudiyyət yox idi, indi Premyer Liqada qaydalar UEFA qaydalarına uyğundur. Tarazlaşdırılma geriyə hesablanmayacaq.

Mənbənin məlumatına görə, “Çelsi” də daxil olmaqla, Premyer Liqanın 15 klubu lehinə səs verib. 2 klub dəyişikliyin əleyhinə səs verib, daha 3 klub isə bitərəf mövqe tutub.

Vurğulanır ki, müqavilələr hələ də istənilən uzunluqda ola bilər. Lakin UEFA qaydalarına uyğun olaraq, futbolçunun transfer dəyərinin klub hesablarında bölüşdürülməsi müddəti uzağı beş illə məhdudlaşdırılır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: