“Barselona”nın baş məşqçisi Xavi komandasının Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “Antverpen”ə məğlubiyyətini şərh edib.
Arena.az məlumat verir ki, Antverpendə “Bosyolstadion”da keçirilmiş oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb:
“Hisslər pisdir, özümüzə tənqidi yanaşmaq lazımdır, amma ilk məqsəd növbəti mərhələyə çıxmaq idi və buna nail olduq. Mən xoşbəxtəm, çünki qrupda birinci yeri tutduq”, deyə Xavi bildirib.
“Barselona” 12 xalla “H” qrupunu 1-ci yerdə başa vurub. Eyni miqadarda xal toplamış “Portu” 2-ci olub. Hər iki komanda turnirin ələmə mərhələsinə vəsiqə qazanıb. 9 xal toplamış Donetsk “Şaxtyor”u mübarizəsini Avropa Liqasında davam etdirəcək. 3 xalla qrupun autsayderi olan “Antverpen” turniri tərk etsə də, “Barselona” üzərində qələbə səyəsində özündən sonra qapını bərk çırpa bilib.


