Premyer Liqanın 2023/2024 mövsümünün 17-ci turunda “Kəpəz”lə qarşılaşan “Sumqayıt” Azərbaycan çempionatlarında 100-cü heç-heçəsini edib.
Arena.az xəbər verir ki, bu, “gənclik şəhəri” təmsilçisi Gəncə klubu ilə səfər görüşündə 1:1 hesablı bərabərliyə imza atıb.
Sumqayıtlılar Premyer Liqada 100 və daha çox heç-heçə edən 10-cu komandadır.
“Gənclik şəhəri” təmsilçisi 2011/12 mövsümündən Premyer Liqada çıxış edir. Sumqayıtlılar ilk heç-heçəsi 2011-ci sentyabrın 11-də “Qarabağ”la ev matçına təsadüf edib – 0:0.
Xatırladaq ki, “Sumqayıt” Premyer Liqanın cari mövsümündə 17 turdan sonra 24 xalla 10 iştirakçı arasında 6-cı sırada qərarlaşıb. Komanda geridə qalan turlarda 6 qələbə qazanıb, 6 heç-heçə edib və 5 məğlubiyyətə üzülüb.


