Azərbaycan Kuboku qadınların yarışı ilə start götürüb

Bu gün Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzinin yarış zalında təşkil olunmuş ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku start götürüb.

Arena.az xəbər verir ki, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayır.

Körpücük üzərinə ilk olaraq qadınlar çıxıblar. Maraqlı mübarizə şəraitində keçən yarışda aşağıdakı atletlər qalib adını qazanıblar:

Samirə Rzayeva (45 kq)
Nazilə İsmayılova (49 kq)
Selcan Qarayeva (55 kq)
Dinara İbrahimli (59 kq)
Fazilə İmanova (64 kq)
Rahilə Hüseynzadə (81 kq)

İki gün davam edəcək Azərbaycan Kuboku sabah yekunlaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: