Sabah güləş üzrə Azərbaycan çempionatı başlayacaq

Sabah Bakı İdman Sarayında təşkil olunmuş sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürəcək.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, üç gün davam edəcək Azərbaycan çempionatı Bakı İdman Sarayında keçiriləcək. Çempionatın açılış mərasimi 19 dekabr saat 16:00-da başlayacaq. Görüşlər hər gün saat 10:00-da start götürəcək.

Sabah sərbəst güləş üzrə 57, 61, 65, 70, 74 və 79 kq-da qaliblər müəyyənləşəcək. Dekabrın 20-də sərbəst güləş üzrə 86, 92, 97 və 125, yunan-Roma güləşi üzrə isə 55, 60 və 63 kq-da mübarizə baş tutacaq. Çempionatın son günündə isə yunan-Roma güləşi üzrə 67, 72, 77, 82, 87, 97 və 130 kq-da ən güclü idmançıların adına aydınlıq gələcək.

Arenaya giriş pulsuzdur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: