“Sumqayıt” Antalyaya gedir – 3 yoxlama oyunu keçirəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt” komandasının mövsümün qalan hissəsi üçün hazırlıq planları bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, komanda dekabrın 23-də baş tutacaq “Səbail”lə oyundan sonra istirahətə buraxılacaq.

Yeni ilin yanvar ayının 3-də Sumqayıtda toplaşacaq futbolçular hazırlığa doğma şəhərdə start verəcəklər. Üç gün davam edəcək məşqlərin ardınca komanda Türkiyənin Antalya şəhərinə yollanacaq.

Yanvarın 6-dan 17-nə qədər Lara bölgəsində yerləşən “Concorde Deluxe” otelində məskunlaşacaq “Sumqayıt” bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. 8, 12 və 16 yanvar tarixlərində keçiriləcək qarşılaşmalarda rəqiblərin kimliyi barədə klubun rəsmi media hesablarında məlumat veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: