Azərbaycan çempionatı: Sərbəst güləş üzrə mübarizə başa çatdı

Bakı İdman Sarayında təşkil olunmuş sərbəst güləş və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı davam edir.

Arena.az xəbər verir ki, ölkə çempionatının ikinci günündə sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.

Eyni zamanda yunan-Roma güləşçiləri xalça üzərinə çıxıblar.

Ümumilikdə 7 çəkidə qaliblər müəyyənləşib.

Azərbaycan çempionatı

Sərbəst güləş

86 kq

  1. Maqomed-Taxir Xaniyev (AGF)
  2. Arseniy Djioyev (AGF)
  3. Əli Nurov (AGF), Sadiq Mustafazadə (İmişli)

92 kq

  1. Şamil Zubairov (AGF)
  2. Anar Cəfərli (Neftçi)
  3. İbrahim Yusubov (Zenit), Abdulcəlil Şabanov (Abşeron, “Neftçi”)

97 kq

  1. Hacımurad Maqomedsaidov (AGF)
  2. Rəvan Musayev (Olimpsport)
  3. Zəfər Əliyev (Masallı), Aslan Abakarov (AGF)

125 kq

  1. Vaxit Qalayev (AGF)
  2. Yusif Dursunov (Neftçi)
  3. Aydın Əhmədov (Abşeron, “Neftçi”), Ayxan Mərdanov (Şəmkir)

Yunan-Roma güləşi

55 kq

  1. Rəşad Məmmədov (Şəmkir, “Neftçi”)
  2. Tural Mehtiyev (Şirvan)
  3. Elmir Əliyev (Neftçi), Hüseyn Qəribov (Pəhləvan)

60 kq

  1. Nihad Quluzadə (Neftçi)
  2. Ziyad Zeynalov (Neftçi)
  3. Sakit Quliyev (Neftçi), İlkin Qurbanov (MİK)

63 kq

  1. Ziya Babaşov (Cəlilabad, “Neftçi”)
  2. Nihat Məmmədli (Neftçi)
  3. Şamil Sultanəliyev (Məhsul), Fərid Baxışlı (Spartak)

Xatırladaq ki, ilk yarış günündə sərbəst güləş üzrə 57, 61, 65, 70, 74 və 79 kq-da qaliblər müəyyənləşmişdi.

Sabah yunan-Roma güləşi üzrə son 7 çəkidə Azərbaycan çempionları müəyyənləşəcək.

Qeyd edək ki, görüşlər hər gün saat 10:00-da start götürür. Arenaya giriş pulsuzdur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: