Futbol üzrə Azərbaycan Premyer Liqasının 18-ci turunda “Səbail”lə qarşılaşan “Sumqayıt” yubiley qələbəsini qazanıb.
Arena.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi Premyer Liqada 100-cü dəfə qalib gəlib.
1:0 hesablı qələbə Sumqayıtın eyniadlı təmsilçisinin 382-ci matçı olub. 2011-ci ildən Premyer Liqada oynayan komanda 62 dəfə evdə, 38 dəfə səfərdə üç xal qazanıb.
Sumqayıtlıların ilk uğuru 2011/2012 mövsümündə qeydə alınıb. 2011-ci il oktyabrın 30-da AZAL-ı qəbul edən “Gənclik şəhəri” təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, “Sumqayıt” ölkə çempionatları tarixində 100 və daha çox qələbə əldə edən 12-ci komandadır.
Hazırda Samir Abasovun baş məşqçisi olduğu bu komanda Premyer Liqanın 2023/2024 mövsümünün ilk iki dövrəsindən sonra 27 xalla 4-cü pillədə qərarlaşıb.


