Dieqo Lopes karyerasını bitirdi – 42 yaşında

Futbol üzrə İspaniya milli komandasının və Madrid “Real”ının sabiq qapıçısı Dieqo Lopes peşəkar karyerasını başa vurduğunu elan edib.

Arena.az xəbər verir ki, o, bu barədə “Mundo Deportivo” nəşrinə açıqlamasında bildirib.

Təcrübəli qolkiper bu ilin iyul ayında “Rayo Valyekano”dan ayrılandan bəri onsuz da işsiz idi. Amma 42 yaşlı qapıçı futbolla vidalaşdığını bu gün elan edib.

Dieqo Lopes peşəkar karyerasına “Luqo”da başlayıb. Daha sonra o, Madrid “Real”ına keçib. İtaliyanın “Milan” klubunda legioner həyatı da yaşamış qolkiper karyerası ərzində “Alkorkon”, “Vilyarreal”, “Sevilya”, “Espanyol” və “Rayo Valyekano”da da forma geyinib.

Dieqo Lopesin karyerası ərzindəki ən böyük uğuru “Real”ın heyətində 2013/2014 mövsümündə UEFA Çempionlar Liqasının qalibi olmasıdır. O, İspaniya milli komandasında da 1 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: