Yoşko Qvardiol və Ruben Dias – ən bahalı müdafiəçilər!

İngiltərənin “Mançester Siti” komandasının formasını geyinən Yoşko Qvardiol və Ruben Dias hazırda dünyanın ən bahalı müdafiəçiləridir.

Arena.az xəbər verir ki, “Transfermarkt” internet-portalı aralıq yeniləmələrin nəticələrinə əsasən dünyanın ən bahalı müdafiəçilərinin siyahısını dərc edib.

İlk onluqdakı ilk iki yeri “Mançester Siti”nin futbolçuları – xorvat mərkəz müdafiəçisi Yoşko Qvardiolla portuqaliyalı mərkəz müdafiəçisi Ruben Dias tutublar. Hər iki müdafiəçinin transfer dəyəri 80 milyon avro məbləğində qiymətləndirilir.

Siyahıda 3-cü yerdə “Arsenal”ın fransalı mərkəz müdafiəçisi Vilyam Saliba qərarlaşıb – 75 milyon avro.

Dünyanın ən bahalı müdafiəçilərinin ilk onluğunu təqdim edirik:

  1. Yoşko Qvardiol (“Mançester Siti”, 80 milyon avro);
  2. Ruben Dias (“Mançester Siti”, 80 milyon avro);
  3. Vilyam Saliba (“Arsenal”, 75 milyon avro);
  4. Alfonso Devis (“Bayern”, 70 milyon avro);
  5. Ronald Arauxo (“Barselona”, 70 milyon avro);
  6. Eder Militao (“Real”, 70 milyon avro);
  7. Trent Aleksander-Arnold (“Liverpul”, 70 milyon avro);
  8. Matteys de Liqt (“Bayern”, 65 milyon avro);
  9. Kristian Romero (“Tottenhem”, 65 milyon avro);
  10. Əşrəf Hakimi (PSJ, 65 milyon avro).
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: