Səudiyyə Ərəbistanı təmsilçisi “Əl İttihad”ın ulduzu, fransalı hücumçu Kərim Benzema komandasının son iki məşqini buraxıb.
Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Kərim məşqlərdə iştirak etməməklə yanaşı, “Əl-İttihad”ın klub bazasının yerləşdiyi Ciddə şəhərini də tərk edib. Eyni zamanda, Benzemanın gedişinin nə ilə bağlı ola biləcəyi barədə hələlik heç bir məlumat yoxdur. Fransalı hücumçunun Səudiyyə Ərəbistanı klubunun rəhbərliyi ilə münaqişəsinin ola biləcəyi vurğulanır.
Bundan əlavə, Benzema son oyunlarda göstərdiyi səmərəsiz səviyyəsinə görə son vaxtlar “Əl-İttihad azarkeşləri tərəfindən tənqid atəşinə tutulurdu.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı çempionatında komandasının “Əl-Nəsr”ə 2:5 hesabı ilə məğlubiyyətindən sonra Benzema “Instagram” sosial şəbəkəsindəki hesabını silib.


