“Sumqayıt” da 2024-cü ildə ilk məşqinə çıxdı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt” komandası bu gün 2024-cü ildə ilk məşqinə çıxıb.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Bu gün istirahəti başa vuraraq hazırlığa start verən komanda yanvarın 5-nə kimi Sumqayıtda məşq edəcək. Sumqayıtın eyniadlı təmsilçisi yanvarın 6-da təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yollanacaq.

Yanvarın 6-dan 17-nə qədər Lara bölgəsində yerləşən “Concorde Deluxe” otelində məskunlaşacaq “Sumqayıt” bu müddət ərzində yoxlama oyunlarında da qüvvəsini sınayacaq. Sözügedən komanda yanvarın 12-də Rumıniyanın “Hermanştadt” klubu ilə üz-üzə gələcək. Yanvarın 16-da isə Premyer Liqa klubunu Özbəkistanın “Soqdiana” kollektivi ilə qarşılaşma gözləyir.

Xatırladaq ki, “Sumqayıt” Azərbaycan Premyer Liqasında ilk iki dövrədən sonra 27 xalla 4-cü pillədə qərarlaşıb. Komanda keçirdiyi 18 oyunda 7 qələbə qazanıb, 6 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb. Samir Abasovun çalışdırdığı kollektiv Azərbaycan Kubokunda da 1/4 finala yüksəlib və yarımfinala vəsiqə uğrunda “Neftçi” ilə mübarizə aparacaq.

Xatırladaq ki, Premyer Liqa təmsilçilərindən bu gün “Səbail” də 2024-cü ildə ilk məşqinə çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: