İspaniyanın “Rasinq Ferrol” klubunun sağ cinah vingeri Karlos Visente bundan sonra “Alaves”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
24 yaşlı futbolçu ilə 3,5 illik müqavilə imzalanıb. “Alaves” onun transferi üçün aşağı liqa təmsilçisinə 600 min avro ödəyib.
Karlos Visente “Saraqosa”nın yetirməsidir. O, karyerası ərzində “Pobla Mafumet”, “Exea”, “Kalahorra” kimi klubların da formasını geyinib. İspan futbolçu 2022-ci ilin iyul ayından uğurları üçün çalışdığı “Rasinq Ferrol”da 64 oyuna çıxıb, 12 qola imza atıb, 16 məhsuldar ötürmə müəllifi olub.
Yeri gəlmişkən, “Alaves” öz yetirməsi olan Unai Ropero ilə də yeni müqavilə imzalandığını açıqlayıb. 22 yaşlı sağ cinah vingeri ilə müddəti 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Vaxtilə “San İqnasio”da da oynamış ispan futbolçu “Alaves”in əsas komandasında cəmi 3 matça çıxıb, fərqlənə bilməyib.


