FIFA prezidenti Canni İnfantino braziliyalı futbol əfsanəsi Mario Zaqallonun vəfatı ilə bağlı başsağlığı verib.
Arena.az xatırladır ki, Mario Zaqallo səhhətinin pisləşməsi səbəbilə yanvarın 5-də Rio-de-Janeyroda təcili yerləşdirildiyi xəstəxanada 92 yaşında dünyasını dəyişib.
“Dünya çempionatına təsiri misilsiz olan həqiqətən böyük adamlardan birinin vəfatını dərin hüznlə bilirik.
Mario Zaqallo bir oyunçu, sonra isə məşqçi kimi dörd FIFA Dünya Kubokunu qazanıb. Amma onun irsini rəqəmlərlə ifadə etmək mümkünsüzdür. Zaqallonun futbola, xüsusən də Braziliya futboluna təsiri çox böyükdür.
Çətin vaxtlarda Braziliya “Professor”a sakitləşdirici şəxsiyyət, yol göstərən əl və taktiki düha kimi baxırdı.
O, Braziliya futbolunun xaç atası kimi yadda qalacaq və onun varlığı üçün oyunda iştirak edən hər kəs, xüsusən də FIFA çox darıxacaq.
Dünya çempionatının tarixçəsindən Mario Zaqallosuz danışmaq mümkünsüzdür.
Braziliya ölkəsinə, Braziliya Futbol Konfederasiyasına, həmçinin onun ailəsinə və dostlarına səmimi başsağlığı vermək istəyirəm”, – FIFA-nın mətbuat xidməti özünün rəsmi “X” sosial şəbəkə hesabında İnfantinodan sitat gətirir.
Futbol dünyasında təqdimata ehtiyacı olmayan Mario Zaqallo Braziliya millisi ilə 1958-ci və 1962-ci illərdə futbolçu kimi, 1970-ci ildə baş məşqçi kimi və 1994-cü ildə komandanın yönləndiricisi kimi FIFA Dünya Kubokunu başı üzərinə qaldırıb.


