Bu gecə futbol üzrə İtaliya Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
“Yuventus” doğma meydanda “Frozinone” ilə qarşılaşıb. Turin təmsilçisi rəqibini böyük hesabla məğlub edərək yarımfinala yüksəlib.
İtaliya Kuboku
1/4 final
9 yanvar
Fiorentina – Bolonya 0:0 (penaltilər 5:4)
10 yanvar
Latsio – Roma 1:0
Qol: Zakkayni, 51-pen.
Milan – Atalanta 1:2
Qollar: Leao, 45 – Kopmeyners, 45+2; 59-pen.
11 yanvar
Yuventus – Frozinone 4:0
Qollar: Milik, 11-pen; 38; 48. K.Yıldız, 61.
Xatırladaq ki, daha öncə “Latsio”, “Atalanta” və “Fiorentina” da yarımfinala vəsiqə qazanmışdılar.
Beləliklə, İtaliya Kubokunda finala vəsiqə uğrunda bu komandalar mübarizə aparacaqlar:
Yarımfinal
Fiorentina – Atalanta
Latsio – Yuventus
Yarımfinal görüşləri ev-səfər prinsipi ilə keçiriləcək. İlk oyunlar aprelin əvvəlində, cavab qarşılaşmaları həmin ayın sonunda baş tutacaq. Final görüşü isə mayın 15-də təşkil olunacaq.


