Rəhim Həsənov və Ömər Paşayev Türkiyədə kursda iştirak edirlər

AFFA Hakimlər Komitəsinin üzvü Ömər Paşayev və hakim-inspektor Rəhim Həsənov Türkiyədə təşkil olunmuş kursa qatılıblar.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir kii, Türkiyənin İstanbul şəhərində Türkiyə Futbol Federasiyasının Hakimlər Akademiyası tərəfindən təşkil edilmiş “Hakem Eğitimcisi Kursu” öz işinə başlayıb. Yanvarın 13-nə qədər davam edəcək kursda AFFA Hakimlər Komitəsinin üzvü Ömər Paşayev və hakim-inspektor Rəhim Həsənov da iştirak edirlər.

Xatırladaq ki, hazırda Azərbaycanın futbol hakimləri də Türkiyədə təlim-məşq toplanışındadırlar.

Xəbəri sosial şəbəkələrdə paylaş: