Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandasında növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Adana təmsilçisi bu gün 20-ci tur çərçivəsində səfərdə “Rizəspor”la qarşılaşıb.
Şahruddinin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Məhəmmədəliyev bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. Rizəlilər Şahriddini 54-cü dəqiqədə məyus ediblər.
“Adana Dəmirspor” bu məğlubiyyətdən sonra 29 xalla 20 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. “Rizəspor” isə 32 xalla 5-ci sıraya yüksəlib.
Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev bu yay “Qarabağ”dan keçdiyi Türkiyə klubu ilə 2 illik müqavilə bağlayıb. O, “Adana Dəmirspor”da cəmi 7 matç keçirib.


