“Nyukasl”ın sədri 68 milyon avroluq iddia ilə üz-üzə

“Nyukasl”ın sədri Yasir Əl-Rumayyan çox ciddi iddia ilə üzləşib və ona qarşı nəhəng məbləğdə təzminat tələbi irəli sürülüb.

Arena.az “The Athletic” dərgisinə istinadən məlumat verir ki, Yaser Əl-Rumayyan Səudiyyə Ərəbistanının keçmiş kəşfiyyat rəisi Saad Əlcəbrinin ailəsinə “zərər vermək” ittihamı ilə 68 milyon avro məbləğində iddia ilə üz-üzədir.

Mənbənin məlumatına görə, Əl-Rumayyan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ben Salmanın göstərişlərinə əməl edərək “zərər verməklə” məşğul olub. İddialar “Nyukasl”ın ev stadionunda Yasserə göndərilmiş hüquqi sənədlərdə öz əksini tapıb.
Əlcəbrinin Əl-Rumayyana qarşı iddiasında bildirilir ki, Yasir və ben Salman 2017-ci ilin iyunundan 2021-ci ilin yanvarına qədər şahzadə Məhəmməd ben Naifin keçmiş baş köməkçisi Saad Əlcəbrinin ailəsini sıxışdırmaq üçün tədbirdə “birbaşa iştirak ediblər”. Bundan əlavə, Saad Əlcəbri Əl-Rumayyandan 68 milyon avro məbləğində təzminat haqqı tələb edir.

Bu çəkişmənin “Nyukasl”a birbaşa təsiri haqda məlumat verilmir. Ancaq maliyyə hesabatlarında kəsir və qeyri-şəffaflığın aşkar edilcəyi halda, “sağsağan”lar ciddi sanksiyalarla üzləşə bilərlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: