“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya Kral Kubokunun 1/8 finalında Madrid “Atletiko”suna qarşı keçirəcəkləri oyun haqda danışıb.
Arena.az “Marca” nəşrinə istinadən, italyan mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Sabahkı oyun super kubokdakından daha çətin olacaq, çünki “Atletiko” evdə çox güclüdür. Əvvəlki derbilərin bizə psixoloji üstünlük verdiyini düşünmürəm. Hər oyun fərqlidir.
Çox çətin rəqibə qarşı oynayacağıq. Bu, turnirdə qalib gələ biləcək iki komandanın qarşılaşmasıdır və bu, oyunun səviyyəsindən xəbər verir.
Şərəf dəhlizinin olmayacağı məni narahat edirmi? Nə olursa olsun, hər bir klubun qərarına hörmətlə yanaşıram. Biz bunu edərdikmi? Belə bir vəziyyət yarananda biz klub üçün ən yaxşısını edəcəyik”, deyə Ançelotti bildirib.
Xatırladaq ki, yanvarın 10-da İspaniya Super Kubokunun yarımfinalında “Real” “Atletiko”nu əlavə vaxtda 5:3 hesabı ilə məğlub edib.
Komandalar arasında İspaniya Kral Kubokunun 1/8 final mərhələsinin oyunu yanvarın 19-da, Bakı vaxtı ilə saat 00:30-da başlayacaq.


