“Braqa” “Sportinq”ə qalib gəldi, finala yüksəldi

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Portuqaliya Liqa Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Sportinq”lə qarşılaşıb.

Doğma meydanda baş tutan bu oyun Braqanın eyniadlı təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0. Abel Ruisin 65-ci dəqiqədə vurduğu qol braqalıları Portuqaliya Liqa Kubokunun finalına çıxarıb.

Yarımfinalın digər görüşü sabah “Benfika” və “Eştoril” komandaları arasında baş tutacaq.

“Qarabağ”ın rəqibi növbəti matçını yanvarın 31-də evdə Portuqaliya çempionatı çərçivəsində “Çaves”ə qarşı keçirəcək.

Xatırladaq ki, “Qarabağ”la “Braqa” arasındakı ilk oyun fevralın 15-də Portuqaliyada baş tutacaq. Bu komandaların cavab oyunu isə bir həftə sonra isə Bakıda təşkil ediləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: