Xavi “Barselona”dan ayrılıq qərarını futbolçularına izah etdi

“Barselona”nın baş məşqçisi Xavi bu gün məşqə başlamazdan əvvəl komandasının futbolçuları ilə görüş keçirib.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, o, “blauqrana”nın heyətinə cari mövsümün sonunda klubdan ayrılacağı haqda verdiyi qərarını izah edib:

“Uşaqlar, bunu bu şəkildə öyrəndiyiniz üçün çox təəssüf edirəm. Bu, mənimlə uzun müddətdir və mən daha çox gözləyə bilmədim. Həqiqətən inanıram ki, bu həll hər kəs üçün ən yaxşısıdır. Mənim üçün, çünki mən gərəksiz təzyiqdən azad olacağam, həm də sizin üçün, çünki siz də çox təzyiq olmadan oynaya biləcəksiniz.

Əminəm ki, biz qapını bərk çırpıb qalib gəlmək və bizi artıq dəfn edənləri təəccübləndirmək üçün mümkün olan hər şeyi edə bilərik”, deyə ispan mütəxəssis bildirib.

Xavinin çıxışı zamanı mütəəssir olub ağlamağa yaxın olduğu vurğulanır. Xavinin nitqindən sonra “Barselona”nın futbolçuları məşqçini alqışlamağa başlayıblar. Xavi daha sonra komandanın oyunçularının və klub işçilərinin hər birini qucaqlayıb.

Xavinin bu görüşündən sonra “blauqrana”nın bir neçə futbolçusu ispaniyalı mütəxəssisə yanaşaraq, cari mövsümün sonunda klubu tərk etmək qərarını dəyişməsi üçün mütəxəssisə nə kimi yardım edə biləcəklərini fərdi surətdə soruşublar. Həmçinin “Barseona”nın kapitanı Serxi Robertonun Xavidən “Barselona”nı tərk etməməyi açıq şəkildə xahiş etdiyi vurğulanır. Xavinin bu diqqətə hansı münasibət göstərdiyi isə açıqlanmır. Təxmin edilir ki, Xavi qərarında qətidir.

Xatırladaq ki, Xavi İspaniya La Liqasının 22-ci turunda “Barselona”nın evdə “Vilyarreal”a dramatik oyunda 3:5 hesabı ilə məğlub olmasından sonra, cari mövsümün sonunda Kataloniya klubundan ayrılacağını açıqlamışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: