“Vest Bromviç” – “Vulverhempton” oyunu davaya görə dayandırıldı

İngiltərə Kubokunun 1/8 final mərhələsinin “Vest Bromviç” – “Vulverhempton” oyunu meydanda azarkeşlər arasında davaya görə dayandırılıb.

Arena.az məlumat verir ki, komandalar Vest Bromviçdəki (İngiltərə) “Houtorns” stadionunda üz-üzə gəliblər və oyun 2:0 qonaqların xeyrinə ikən meydanda dava düşüb.

Oyunu baş hakim Tomas Bremoll idarə edib. “Vulverhempton” 38-ci dəqiqədə portuqal hücumçusu Pedru Netunun qolu ilə önə keçib. 78-ci dəqiqədə isə “canavarlar” braziliyalı hücumçu Mateus Kunyanın qolu ilə üstünlüklərini artırıblar. Elə, ikinci qoldan sonta azarkeşlər meydana axışıblar, tribunalarda isə dava düşüb.
Baş hakim Bremoll aranın qarışdığını, məzhəbin itdiyini görüb oyunu dayandırıb.

Daha sonra oyun davam etdirilib və “Vulverhempton” 2:0 hesablı qələbəni bayram etməklə növbəti mərhələyə yüksəlib.

Bu oyunda baş vermiş hadisə nizam-intizam komitəsinin baxışındadır. Kəsiləcək cəzalar haqda məlumat araşdırmanın bitməsi ilə açıqlanacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: