“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “qırmızı şeytanlar”ın ingiltərəli hücumçusu Markus Raşfordun səhhəti haqda danışıb.
Arena.az BBC-yə istinadən məlumat verir ki, holland mütəxəssis Markusun gecə klubuna baş çəkməsindən sonra komandasının məşqini buraxması ilə bağlı yayılan məlumata münasibətini bildirib:
“Mənə xəstəlikdən danışdı. Raşfordun gecə klubuna səfəri? Deyək ki, bu, daxili məsələdir və mən bununla özüm məşğul olacağam. Bu, daxili məsələdir”, deyə Ten Haq söhbəti bağlayıb.
Xatırladaq ki, Markus Raşfordun gecə klubuna səfərindən sonra komandasının məşqini buraxmaq məcburiyyətində qalması barədə daha əvvəl məlumat yayılmışdı. Cümə günü səhər məşq etmək üçün çox xəstə olduğunu kluba bildirməzdən bir neçə saat əvvəl “qırmızı şeytanlar”ın hücumçusunun gecə klubunda əyləndiyi bildirilir. Raşfordun Çərşənbə gecəsi gecə klubunda əylənmək üçün Belfasta getdiyi, amma növbəti axşam orada olduğu haqda məlumat var.
Öz növbəsində “Mançester Yunayted” məsələni şişirtməməyi və Raşfordun həqiqətən xəstə olduğu üçün İngiltərə Kubokunun 1/16 finalında “Nyuport Kaunti” ilə oyunda (4:2) iştirak etməyəcəyini bildirib. Klubun məlumatına görə, Raşford klubun bazasında qalıb və məşqləri davam etdirib. Hazırda hücumçunun bərpa olmaqla məşğul olduğu bildirilir.


