Bilbao “Atletik”inin ispan sol vingeri Nikolas Serrano icarə müqaviləsi əsasında “Rasinq Ferrol” klubunun düşərgəsinə qoşulub.
Arena.az bu barədə “Rasinq Ferrol”un mətbuat xidmətinə istinadən məlumat verir
İcarə müqaviləsi cari mövsümün – iyun ayının sonuna qədər nəzərdə tutulub.
Niko Serrano “Osasuna”da futbola qdəm qoyub. Ardınca Niko “Vilyarreal”, “Deportivo Roda” və “Atletik”in yeniyetmə və gənclərdən ibarət komandalarında çıxıb edib. Elə, Bilbao “Atletik”inin heyətində də böyük futbola gəlib. Daha sonra Serrano “Mirandes” və “PEK Zvolle”də icarə əsaında çıxış edib.
Cari mövsümün ilk yarısında Serrano “PEK Zvolle”nin heyətində 11 oyuna 1 məhsuldar ötürmə ilə fərqlənib.
Nikolas Serrano İspaniyanın U-16, U-17, U-18 və U-19 yığmalarına cəlb edilib. Niko İspaniyanın U-17 yığması ilə 2020-ci ildə “Alqarve Beynəlxalq Turniri”ndə qalib olub.
“Transfermarkt” internet-portalı 20 yaşlı ispan sol vingerin transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.


