Azərbaycan Kuboku: “Neftçi” Sumqayıt”dan qələbə ilə qayıtdı

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, son oyunda “Sumqayıt” və “Neftçi” komandaları üz-üzə gəliblər.

“Sumqayıt” əvvəlki duellərin ikisində də mərhələ adlamışdı. Baş tutan dörd qarşılaşmada qol vuran komana qalib gəlmişdi. “Neftçi” cəmi 1 oyunda bu rəqibinə qalib gəlmişdisə, ikisində uduzmuşdu. Daha bir oyun sülhlə bitmişdi.

Bu gün baş tutan və beş qolun qeydə alındığı oyunda isə “Neftçi” qələbə qazanıb. “Ağ-qaralar”a bir həftə sonra doğma meydanda baş tutacaq cavab matçında heç-heçə də bəs edəcək.

Azərbaycan Kubokunda 1/4 finalın cavab oyunları fevralın 8-9-da keçiriləcək.

Azərbaycan Kuboku
1/4 finalın ilk oyunları
31 yanvar

“Sumqayıt” – “Neftçi” 2:3
Qollar: Elvin Bədəlov, 60. Kazimir Ninqa, 89 – Yeqor Boqomolski, 29. Emin Mahmudov, 44-pen; 45+1.
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev.
“Sumqayıt Arena”, 19:00.

Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 4. İsa Suliman, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 10. Kamran Əliyev.
Baş məşqçi: Samir Abasov.

Neftçi: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 6. Dieqo Valdes, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 10. Filip Ozobiç, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 26. Ömər Buludov, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 88. Brayan Moreno, 20. Alfa Konte.
Baş məşqçi: Miodraq Bojoviç.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: