Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) İngiltərə Premyer Liqasının təmsilçisi “Vest Hem”ə qarşı təhqiqata başlayıb.
Arena.az bu barədə “Daily Mail” dərgisinə istinadən məlumat verir.
FIFA transfer pəncərəsinin son günündə “çəkicdöyənlər”in iki futbolçusunun – vinger Səid Benrahmanın və yarımmüdafiəçi Pablo Fornalsın müvafiq olaraq Lion “Olimpik”i və “Betis”ə keçidinin hansı səbəbə görə başa çatdırılmadığını müəyyənləşdirmək istəyir.
Mənbənin məlumatına görə, Lion “Olimpik”i və “Betis” hazırda bu sövdələşmələri öyrənən ali futbol qurumu ilə fəal əməkdaşlıq edirlər. Bu klubların məlumatına görə, “Vest Hem” tərəfində sənədlərin saxtalaşdırılması amili var. Transferlərin texniki səhvə görə pozula bildiyi də vurğulanır.
Bundan əvvəl Lion “Olimpik”inin rəhbərliyi İngiltərə klubunun davranışını pisləyərək, “Vest Hem”in münasibətini “hörmətsizlik” adlandırmışdı.


