“Real”ın baş məşqçisi Karlo Ançelotti “Barselona”nın düşərgəsindən “Real”ın ünvanına hakimliklə bağlı yağan ittihamlara cavab verib.
Arena.az ESPN portalına istinadən məlumat verir ki, söhbət “Barselona”nın baş məşqçisi Xavinin və Kataloniya klubunun prezidenti Joan Laportanın Madrid klubunun ispan hakimlərə təzyiq göstərməsi ilə bağlı sözlərindən gedir.
“Mən peşəkaram və bir peşəkar kimi İspaniya futboluna hörmətlə bu səviyyəyə enmək istəmirəm. Bunu məndən bir daha soruşmayın. Mən buna əyilmək istəmirəm. Bu peşəkarlar üçün səviyyə deyil”, deyə italyan mütəxəssis bildirib.
Hazırda “Real” La Liqada keçirdiyi 22 oyundan 57 xalla turnir cədvəlinə başçılıq edir. “Barselona” isə 23 oyundan 50 xalla 3-cü pillədə qərarlaşıb.


